Ana Sayfa > Özəl > İraqdan tarixi açıqlama: ABŞ-nin bütün döyüş qüvvələrinin ölkədən çıxdığı bildirildi
İraqdan tarixi açıqlama: ABŞ-nin bütün döyüş qüvvələrinin ölkədən çıxdığı bildirildiBu gün, 21:00. Yazar: vasif |
![]() İraq hökuməti ABŞ-nin döyüş bölmələri və logistik dəstək qüvvələrinin ölkədən çıxarılması prosesinin başa çatdığını açıqlayıb. Məlumat sentyabrın 28-nə keçən gecə hökumət sözçüsü tərəfindən verilib. Bağdadın açıqlamasına baxmayaraq, Vaşinqton hələlik ABŞ qüvvələrinin İraqdan tam çıxmasını rəsmi şəkildə təsdiqləməyib. ABŞ və İraq 2024-cü ildə hərbi missiyanın mərhələli şəkildə başa çatdırılması barədə razılığa gəlmişdi. Son illərdə İraqda təxminən 2500 ABŞ hərbçisinin olduğu bildirilirdi. Amerika qüvvələri əsasən Ərbil, Bağdad hava limanı yaxınlığındakı hərbi obyektlər və paytaxtdakı “Yaşıl zona” ətrafında yerləşirdi. ABŞ və müttəfiqlərinin İraqdakı hərbi mövcudluğunun əsas səbəblərindən biri 2014-cü ildən İŞİD-ə qarşı aparılan mübarizə olub. Təşkilat nəzarət etdiyi geniş əraziləri itirsə də, bölgədə gizli hücrələrinin fəaliyyət göstərdiyi bildirilir. İraq hökumətinin açıqlaması təsdiqlənərsə, bu, ABŞ-nin ölkədəki hərbi mövcudluğunda mühüm mərhələnin başa çatması demək olacaq. Lakin Vaşinqtonun rəsmi təsdiqi olmadığı üçün bütün ABŞ hərbi personalının İraqı tərk etdiyini söyləmək hələ tezdir. Geri dön |