Ana Sayfa > İqtisadiyyat / Karusel > Maaşınız bu məbləğdən çoxdursa, verginiz dəyişəcək -
Maaşınız bu məbləğdən çoxdursa, verginiz dəyişəcək -Bu gün, 10:12. Yazar: Subhan |
![]() 2027-ci ildən əməkhaqqından gəlir vergisinin hesablanması qaydasında dəyişiklik ediləcək. Yeni sistemdə verginin məbləği aylıq gəlirin hansı aralıqda olmasından asılı olaraq müəyyənləşəcək. aia.az xəbər verir ki, 2 500 manatadək aylıq gəlirə 5 faiz vergi tətbiq olunacaq. Gəliri 2 500-8 000 manat arasında olan şəxslər isə 125 manat və 2 500 manatı aşan hissənin 10 faizi məbləğində vergi ödəyəcəklər. Aylıq gəlir 8 000 manatdan çox olduqda, vergi 675 manat təşkil edəcək və 8 000 manatdan artıq olan hissəyə 14 faiz tətbiq ediləcək. Qaydalar 2028-ci ildən yenidən dəyişəcək. Həmin tarixdən 2 500 manatadək gəlirlər üçün vergi dərəcəsi 7 faiz olacaq. 2 500-8 000 manat gəlir aralığında sabit məbləğ 175 manat, 8 000 manatdan yuxarı gəlirlər üçün isə sabit məbləğ 725 manat müəyyən ediləcək. Beləliklə, növbəti illərdə gəlir vergisinin məbləği əməkhaqqının səviyyəsinə uyğun olaraq mərhələli şəkildə hesablanacaq. aia.az Geri dön |