Ana Sayfa > Dünya > Dünyanın ən çox silah ticarəti edən ölkələri açıqlandı
Dünyanın ən çox silah ticarəti edən ölkələri açıqlandıBu gün, 09:17. Yazar: Subhan |
![]() Beynəlxalq müdafiə bazarlarındakı balansı ortaya qoyan Dünya Silah Ticarəti Təhlil Mərkəzi (CAAM) 2025-ci ilin sonunun göstəricilərinə əsaslanaraq hazırladığı qlobal hərbi ixracat hesabatını yayımlayıb. Hesabatda ABŞ 44,6 milyard dollarlıq nəhəng həcmdə zirvədəki yerini qoruyub saxlayıb. aia.az xəbər verir ki, Türkiyə 2025-ci ilin sonuna əsasən 4 milyard 230 milyon dollarlıq ixracat rəqəminə çatmaqla dünyada 8-ci yerə yüksəlib. Hesabatdakı təhlillərdə Almaniya, Cənubi Koreya və Türkiyənin ixracat qrafiklərindəki sabit artım xüsusilə vurğulanıb. Türkiyənin xüsusilə pilotsuz uçuş aparatları (PUA/SİHA), quru texnikaları, sursat texnologiyaları və dəniz platformaları sahəsindəki bazar payını hər keçən gün artırdığı ifadə edildi. Qlobal hərbi ixracat siyahısının ilk üç pilləsini ABŞ, Rusiya və Almaniya bölüşdürərkən, son illərdə inkişaf etdirdiyi yerli texnologiyalarla yüksəlişini davam etdirən Türkiyə ilk 10-luqdakı yerini möhkəmləndirərək qlobal bazardakı çəkisini bir daha sübut etdi. Qlobal miqyasda ən çox müdafiə sənayesi ixracatı edən 10 ölkə: ABŞ - 44,603 milyard dollar Rusiya - 15 milyard dollar Almaniya - 8,903 milyard dollar Cənubi Koreya - 8,779 milyard dollar Fransa - 8,630 milyard dollar İsrail - 5,995 milyard dollar İtaliya - 5,225 milyard dollar Türkiyə - 4,230 milyard dollar İspaniya - 3,476 milyard dollar Çin - 2,970 milyard dollar aia.az Geri dön |