Ana Sayfa > Ölkə > "Hər şey Sizdən başladı, cənab General" -
"Hər şey Sizdən başladı, cənab General" -Dünən, 22:30. Yazar: vasif |
![]() 27 sentyabr - Anım Günü ilə əlaqədar şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova onun əziz xatirəsini yad edib. aia.az xəbər verir ki, O. Salmanova Vətən müharibəsində döyüşən hərbçilərin Polad Həşimovun adını və xatirəsini yaşatdığını vurğulayıb: "Hər şey Sizdən başladı, cənab General. O gecə Vətənin qeyrətli oğulları Sizin adınızı tutaraq önə atıldılar. İşğal altında inildəyən torpaqlarımızın azad edilməsi uğrunda döyüşə və özlərinə böyük qardaş bildikləri Sizin intiqamınızı almağa hazır olduqlarını bildirdilər. Onlar Vətən torpaqlarını işğaldan azad edərək Vətənə olan sonsuz sevgilərini, Sizə olan qardaşlıq sədaqətlərini əməlləri ilə sübut etdilər. Bu müqəddəs yolda canından keçən bütün şəhidlərimizi sonsuz ehtiram və dərin hüznlə yad edirik. Onların əziz xatirəsi heç vaxt unudulmayacaq. Əziz şəhidlərimizin müqəddəs adı və qəhrəmanlığı dünya durduqca xalqımızın yaddaşında əbədi yaşayacaq". Geri dön |