Ana Sayfa > Dünya > İrandan xəbərdarlıq: "Bütün region irimiqyaslı münaqişəyə qərq olacaq"
İrandan xəbərdarlıq: "Bütün region irimiqyaslı münaqişəyə qərq olacaq"Bu gün, 22:09. Yazar: vasif |
![]() "ABŞ Yaxın Şərqdə həssas vəziyyətdədir, onların hərbi təcavüzünün baş verəcəyi təqdirdə bütün region daha da irimiqyaslı münaqişəyə qərq olacaq". aia.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə İran ordusunun nümayəndəsi general Məhəmməd Əkrəminiya bəyan edib. "Amerikalılar regionda heç də yaxşı vəziyyətdə deyillər. Əgər ABŞ-də hər şey qaydasında olsaydı, onlar vəziyyəti dəyişməyə çalışmazdılar", - deyə o, qeyd edib. Əkrəminiyanın sözlərinə görə, İran Silahlı Qüvvələri Vaşinqton tərəfindən ola biləcək potensial zərbələrə hər zamankından daha yaxşı hazırdır. "Bizim mənəvi-psixoloji hazırlığımız var, biz təchizatımızı optimallaşdırmışıq və döyüş heyətinə yeni silah və texnika nümunələri daxil etmişik. Əgər düşmən təcavüzə cürət edərsə, region əvvəlkindən də şiddətli şəkildə müharibə, qeyri-sabitlik və zorakılığa qərq olacaq, region ölkələri isə daha çox zərər çəkəcəklər", - deyə Əkrəminiya fikrini yekunlaşdırıb. Geri dön |