Ana Sayfa > Manşet / Media > Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət etdi

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət etdi


Bu gün, 20:30. Yazar: azer
Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət etdi

Anım Günü ilə əlaqədar Media və Yayım Şurasının rəhbərliyi və kollektivi Zəfər Parkını ziyarət edib.

aia.az xəbər verir ki, şura rəhbərliyi və kollektivi Zəfər Parkını 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edib.

Şura rəhbərliyi, üzvləri Zəfər abidəsinin önünə gül dəstələri qoyublar.
Geri dön