Ana Sayfa > Siyasət > "Gözləyirik ki, kimsə pulları silib-süpürsün" - Siyavuş Novruzov

"Gözləyirik ki, kimsə pulları silib-süpürsün" - Siyavuş Novruzov


14-04-2017, 13:42. Yazar: admin
"Gözləyirik ki, kimsə pulları silib-süpürsün" - Siyavuş Novruzov



"Bu gün müxtəlif sahələrdə qanun pozuntularının olması, müxtəlif maliyyə pozuntularının əmələ gəlməsi nəticəsində büdcəyə kifaət qədər ziyan dəyir”.
Bunu Milli Məclisin plenar iclasında hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib. O, bildirib ki, əsas şərt maliyyə pozuntuları zamanı vəsaitlərin geri qaytarılmasıdır:

"İstənilən cəzanın verilməsi və ya ağırlaşdırılmasından asılı olmayaraq vəsaitlər geri qaytarılmırsa, bunun heç bir əhəmiyyəti yoxdur. Əksinə olaraq cəza verilmiş şəxsin saxlanılması üçün dövlət kifayət qədər vəsait ayırır. İllər ərzində gözümüzün qarşısında bank və digər sektorlarda maliyyə pozuntularına yol verilib və hazırda onlara cəza tətbiq edilib. Lakin həmin vəsait büdcəyə geri qaytarılmır. Ona görə də ilk şərt həmin vəsaitlərin büdcəyə qaytarılması olmalıdır. Bunun özündə struktur dəyişikliyinə ehtiyac var.

Biz gözləyirik ki, hər hansı şəxs cinayəti törətsin, sonra biz ona gedək deyək ki, pulları geri qaytar. O da geri qaytara bilmədiyi təqdirdə məhkəmə çəkişmələri davam edir. Əgər bir yerdən pozuntularla bağlı siqnal daxil olursa, o zaman Hesablama Palatasına həmin qanun pozuntularının qarşısının alınması səlahiyyəti verilsin və oğurlanan vəsaitlər büdcəyə qaytarılsın. Yoxsa biz illərlə gözləyirik ki, kimsə pulları silib-süpürsün, sonra axtaraq pullar hara gedib”.

S. Novruzov qeyd edib ki, bankların ilk işi kreditlərin hansı məqsədə yönəldilməsinə nəzarət etməkdir: "Bunun nəticəsində banklardan külli miqdarda pul götürülərək başa çıxarıldı və nəticədə insanların banklara olan inamı sındı. Hesab edirəm ki, Hesablama Palatası gələcək fəaliyyətində bu istiqamətləri nəzərə almaqla başlanılan cinayət prosesini yerində saxlasın, bununla da büdcənin vəsaitlərinin geri qaytarılması məqsədəuyğun olardı".

AİA.az
Geri dön