Ana Sayfa > Manşet / Siyasət > Milli Məclisin kollektivi Zəfər parkını ziyarət edib

Milli Məclisin kollektivi Zəfər parkını ziyarət edib


Bu gün, 13:06. Yazar: azer
Milli Məclisin kollektivi Zəfər parkını ziyarət edib

Sentyabrın 27-də Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, sədr müavinləri Ziyafət Əsgərov, Musa Qasımlı, Rafael Hüseynov, parlamentin komitə sədrləri, deputatlar, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, Aparatın, İşlər İdarəsinin şöbə müdirləri və müavinləri 27 sentyabr - Anım Günü münasibətilə Zəfər parkını ziyarət ediblər.

Deputatlar və Milli Məclisin kollektivi parkdakı Zəfər abidəsi önünə tər güllər düzüblər, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiramla anıblar.
 
Geri dön