Ana Sayfa > Cəmiyyət / Karusel > Bakıda dəhşətli qəza: 3 nəfər yanaraq ölüb (VİDEO)

Bakıda dəhşətli qəza: 3 nəfər yanaraq ölüb (VİDEO)


14-04-2017, 13:31. Yazar: admin
Bakıda dəhşətli qəza: 3 nəfər yanaraq ölüb (VİDEO)



Bakı şəhəri, Suraxanı rayonunda "VAZ" və “KİA” markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

AİA.azxəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğın nəticəsində “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanmış və avtomobildə sıxılmış vəziyyətdə qalmış şəxsiyyətləri məlum olmayan 3 nəfərin yanmış cəsədi xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Digər avtomobil yanğından mühafizə olunub.

Əməliyyat saat 09:02-də başa çatıb.(azvision)

AİA.az


Geri dön