Ana Sayfa > Dünya > Terrorçulara yardım edən Kazım-Davud Tiflisdən ABŞ-yə ekstradisiya edilib

Terrorçulara yardım edən Kazım-Davud Tiflisdən ABŞ-yə ekstradisiya edilib


Bu gün, 15:00. Yazar: vasif
Terrorçulara yardım edən Kazım-Davud Tiflisdən ABŞ-yə ekstradisiya edilib


"Kazimcan Qafurov" və "Kazım" kimi tanınan özbək əsilli ABŞ vətəndaşı Davud Ənsari 2026-cı ilin avqust ayında saxlanıldığı Tiflisdən Nyu-Yorka ekstradisiya edilib.

aia.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat verib.

"On il qaçaq həyatı yaşayandan sonra Ənsari dünyanın ən amansız iki terrorçu qrupunu - İŞİD və "Ən-Nusra Cəbhəsi"ni dəstəkləmək ittihamları ilə üzləşmək üçün ABŞ-a qayıdıb", - deyə milli təhlükəsizlik üzrə baş prokurorun köməkçisi Con Eyzenberq bildirib.

"İttihamnaməyə görə, Ənsari bu xarici terror təşkilatlarında döyüşmək istəyən şəxslər üçün vəsait toplayan, səyahət təşkil edən və yaşayış yeri düzəldən bir şəbəkəni idarə edib", - deyə o əlavə edib.

Məhkəmə sənədlərində iddia olunur ki, “Kazım”-Davud əsasən Nyu-Yorkun Bruklin şəhərində fəaliyyət göstərən radikallaşmış şəxslər qrupuna rəhbərlik edib. Qrup üzvləri terrorçuların sırasına qoşulmaq üçün Suriyaya səyahət etməyi və ya yaraqlı olmaq istəyənlərin səfərlərini maliyyələşdirməyi planlaşdırıblar.

"Şəbəkə üzvləri öz qruplarını "çayxona" adlandırıblar. Qrup Suriyaya gedən yaraqlıların ailələrini dəstəkləmək, eləcə də döyüşlərdə həlak olanların dul qadınlarına və ailə üzvlərinə kömək etmək üçün vəsait toplayıb. Bu "çay süfrələri" vasitəsilə Ənsari və digərləri 2013-cü ildə ən azı üç nəfərin Suriyaya səfərini maliyyələşdiriblər”, - deyə ABŞ Ədliyyə Nazirliyi əlavə edir ki, hər üç şəxs Suriyada həlak olub.

2016-cı ilin may ayında Ənsari ABŞ-dən Türkiyəyə uçub. O, əlbirlərindən birinin həbsindən beş gün sonra ABŞ-ni tərk edib və o vaxtdan bəri gizlənib.

"New York Post" qəzetinin məlumatına görə, Ənsari sentyabrın 24-də Bruklin federal məhkəməsində ifadə verib. O, İŞİD və "Ən-Nusra Cəbhəsi"nə maddi dəstək verməkdə ittiham olunur.

Əgər günahkar bilinərsə, Ənsari maksimum 35 il həbs cəzası ilə üzləşə bilər.
Geri dön