Ana Sayfa > Gündəm / Karusel > Televiziyalarda siqaret əleyhinə məcburi verilişlər yaymlanacaq

Televiziyalarda siqaret əleyhinə məcburi verilişlər yaymlanacaq


14-04-2017, 13:21. Yazar: admin
Televiziyalarda siqaret əleyhinə məcburi verilişlər yaymlanacaq



Azərbaycanda televiziya və radio efirlərində hər ay 90 dəqiqədən az olmayaraq tütün (siqaret) əleyhinə verilişlər hazırlanaq, bununla bağlı həmin radio və ya televiziya Milli Televiziya və Radio Yayımı Şurasına hər ay hesabat verəcək.

AİA.az-ın APA-ya istinadlaməlumatına görə, bu, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinin 12-ci (Kütləvi informasiya vasitələrində tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə biliklərin təbliği) maddəsində qeyd olunur ki, Azərbaycan ərazisində fəaliyyət göstərən bütün televiziya və radio yayımçıları müvafiq icra hakimiyyəti orqanlarının, elm müəssisələrinin və qeyri-hökumət təşkilatlarının dəstəyi ilə tütün istifadəsinin və sağlamlığa zərər vuran digər vərdişlərin mənfi təsiri barədə xəbərdaredici, maarifləndirici və tərbiyəvi mövzuda verilişlər hazırlamalı, bu mövzulara ayda 90 dəqiqədən az olmayan efir vaxtı ayırmalıdır.

Bu verilişlərin 45 dəqiqəsi saat 17:30-23:00 arasında olmaqla, saat 08:00-23:00 arasında yayımlanmalı, verilişlərin surəti hər ay Milli Televiziya və Radio Yayımı Şurasına təhvil verilməlidir.

Layihə Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılır.

AİA.az
Geri dön