Ana Sayfa > Dünya > Rusiya şirkətləri Ukraynanın dron hücumundan BELƏ QORUNUR – ŞOK DETALLAR
Rusiya şirkətləri Ukraynanın dron hücumundan BELƏ QORUNUR – ŞOK DETALLARBu gün, 20:29. Yazar: vasif |
![]() Rusiya şirkətləri pilotsuz uçuş aparatlarından (PUA) qorunmaq üçün şəxsi müdafiə vasitələrinin hazırlanması məqsədilə müdafiə sənayesi müəssisələrinin mühəndislərini işə götürməyə başlayıblar. Bəzi şirkətlər isə hava hücumundan müdafiə (HHM) sistemlərini icarəyə götürmək üçün Rusiya Müdafiə Nazirliyinə və ya müvafiq hərbi müəssisələrə ödəniş edirlər. aia.az xəbər verir ki, "The Wall Street Journal" (WSJ) nəşrinin mənbələrə istinadən verdiyi məlumata görə, Rusiyada kopyalanmağa çalışılan xarici texnologiyalar arasında Ukraynanın "P1-SUN" tutucu dronu da var. Rusiya biznesinə və müdafiə sektoruna yaxın mənbələrin WSJ-yə bildirdiyinə görə, bəzi şirkətlər müdafiənin daha ucuz variantlarına üstünlük verirlər. Onlar rusiyalı mühəndislərə şəxsi müdafiə sistemlərinin qurulması, eləcə də xarici texnologiyaların kopyalanması üçün xüsusi ödənişlər edirlər. Mənbələrdən biri nümayiş etdirilən nümunələr arasında "SkyFall" şirkətinin texnologiyalarını və Ukraynanın "P1-SUN" dronunu qeyd edib. "Şahid" PUA-larını və digər hava hədəflərini məhv etmək üçün hazırlanan bu tutucu dron, istehsalçının bildirdiyinə görə, tətbiq edildiyi ilk aylarda artıq yüzlərlə "Şahid"i sıradan çıxarıb. Digər üsul isə HHM sistemlərinin birbaşa müdafiə şirkətlərindən və ya Müdafiə Nazirliyindən icarəyə götürülməsidir. WSJ-nin həmsöhbətlərinin sözlərinə görə, bəzi müəssisələr hərbi HHM sistemlərinin icarəsinə görə hər ay ödəniş edirlər. Bu sistemlərə xidmət göstərilməsi isə xüsusi təlimatçılar tərəfindən həyata keçirilir. Hərbi HHM vasitələrinin özəl obyektlərdə yerləşdirilməsi faktı əvvəllər də məlum olsa da, indiyədək şirkətlərin buna görə ödəniş etdiyi məlum deyildi. Geri dön |