Ana Sayfa > İdman > Fənərbağçadan transfer qadağası ilə bağlı AÇIQLAMA
Fənərbağçadan transfer qadağası ilə bağlı AÇIQLAMABu gün, 16:30. Yazar: vasif |
![]() Fənərbağça klubu FIFA tərəfindən tətbiq edilən üç dönəmlik transfer qadağası ilə bağlı açıqlama yayıb. Klubun açıqlamasında bildirilib ki, transfer qadağası müvəqqəti xarakter daşıyır və 2024-2025 mövsümündə komandaya transfer olunan Youssef En-Nesyrinin bonservis ödənişi ilə əlaqədardır. aia.az xəbər verir ki, Fənərbağça FIFA-nın qərarı ilə müəyyən edilən ödənişi ilk iş günü – bazar ertəsi həyata keçirəcəyini açıqlayıb. Bildirilib ki, ödəniş həyata keçirildikdən və FIFA nəzdindəki bürokratik prosedurlar tamamlandıqdan sonra kluba tətbiq edilən transfer qadağası aradan qaldırılacaq. Geri dön |