Ana Sayfa > Dünya > Hərbi hazırlıq BAŞLADI - Hədəfdə bu ölkə var

Hərbi hazırlıq BAŞLADI - Hədəfdə bu ölkə var


Bu gün, 17:00. Yazar: vasif
Hərbi hazırlıq BAŞLADI - Hədəfdə bu ölkə var


ABŞ ordusunun Cənub Komandanlığının ərazisində fəaliyyət göstərə biləcək dəstək birliklərinin 90-120 gün ərzində hazır vəziyyətə gətirilib-gətirilə bilməyəcəyini qiymətləndirdiyi bildirilib. ABŞ mətbuatında yayılan məlumatlara görə, bu hazırlıq Kuba ilə bağlı hərbi planlaşdırma ilə əlaqələndirilir.

aia.az xəbər verir ki, CBS News-un əldə etdiyi daxili yazışmaya əsasən, ABŞ Ordusunun Ehtiyat Komandanlığı tabeliyindəki bölmələrdən altı müxtəlif birlik növünün mümkün istifadəyə hazırlığı barədə məlumat tələb edib.

Siyahıda logistika və mühəndis batalyonları, tibbi briqada, cərrahi dəstək bölməsi və hərbi polis briqadasının da olduğu bildirilir.

Sənəddə hər hansı hərbi birliyə yerləşdirilmə əmri verilmədiyi və mümkün birliklərin harada istifadə olunacağının göstərilmədiyi qeyd edilir.

ABŞ Cənub Komandanlığı da əməliyyat təhlükəsizliyi səbəbilə mümkün yerləşdirmələrlə bağlı əlavə məlumat verməyib.

Maraqlı məqam ondan ibarətdir ki, daxili sənəddə Kubanın adı birbaşa qeyd olunmayıb. Buna baxmayaraq, ABŞ rəsmiləri sözügedən hazırlığın Kuba ilə bağlı hərbi planlaşdırma ilə əlaqəli olduğunu bildiriblər.

Hazırda açıqlanan məlumatlarda ABŞ tərəfindən Kubaya qarşı konkret hərbi əməliyyat qərarı verildiyi bildirilməyib.
Geri dön