Ana Sayfa > İdman > Formula 1 Azərbaycan Qran-Prisinə bu gün yekun vurulur

Formula 1 Azərbaycan Qran-Prisinə bu gün yekun vurulur


Bu gün, 08:34. Yazar: vasif
Formula 1 Azərbaycan Qran-Prisinə bu gün yekun vurulur


Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinə bu gün yekun vurulacaq.

“aia.az” xəbər verir ki, yarışın sonuncu günündə azarkeşləri trekdə iki əsas mübarizə gözləyir.

Günün ilk yürüşü saat 11:00-da başlayacaq. Bu vaxt Formula 2 pilotları ikinci əsas yarışda qüvvələrini sınayacaqlar. Mübarizə saat 12:05-də başa çatacaq.

Günün əsas yarışı isə Formula 1 Azərbaycan Qran-Prisinin əsas yürüşü olacaq. Sessiyaya saat 15:00-da start veriləcək və 17:00-dək davam edəcək.

Formula 1 yürüşündə pilotlar start düzülüşünə sıralama turunun nəticələrinə əsasən çıxacaqlar. Yarışa birinci yerdən “Mercedes”in sürücüsü Corc Rassell başlayacaq. İkinci pillədə “Ferrari”nin pilotu Şarl Lekler, üçüncü sırada isə “McLaren”in təmsilçisi Oskar Piastri qərarlaşıb. Onları müvafiq olaraq İsak Hacar (“Red Bull”), Lando Norris (“McLaren”), Lyuis Hemilton (“Ferrari”), Pyer Qasli (“Alpine”), Maks Ferstappen (“Red Bull”), Karlos Sayns (“Uilliams”) və Esteban Okon (“Haas”) izləyirlər.
Geri dön