Ana Sayfa > İqtisadiyyat > Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? – Mərkəzi Bankdan açıqlama

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? – Mərkəzi Bankdan açıqlama


Bu gün, 21:44. Yazar: vasif
Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? – Mərkəzi Bankdan açıqlama


Yeni 100 manatlıq əsginasların bəzi ödəniş terminalları tərəfindən qəbul edilməməsi ilə bağlı görüntülər yayılıb. BakuES-in paylaşdığı videoda vətəndaşın terminala yeni 100 manatlıq əsginası yerləşdirməsinə baxmayaraq, cihazın pulu geri qaytardığı görünür.

Bəs yeni 100 manatlıqların bəzi terminallarda qəbul edilməməsinin səbəbi nədir?

Avadanlıqların yenilənməsi prosesi nə vaxt başa çatacaq və vətəndaşlar yeni əsginaslardan bütün terminallarda nə zaman problemsiz istifadə edə biləcəklər?

aia.az xəbər verir ki, Bizim.Media məsələ ilə bağlı Azərbaycan Mərkəzi Bankına (AMB) sorğu ünvanlayıb.

AMB-nin Mətbuat Katibi Namiq Əliyev bildirib ki, "PashaPay" MMC-yə məxsus "MilliÖN" özünəxidmət terminalında həyata keçirilmiş texniki tənzimləmə səbəbindən yeni 100 manatlıq pul nişanının tanınmasında qısa müddətli çətinlik müşahidə edilmişdi.

Təşkilat tərəfindən görülən texniki işlərin nəticəsi olaraq yaşanan problem aradan qaldırılıb, yenilənmiş 100 manatlıq əsginasların özünəxidmət terminallar vasitəsilə qəbulu tam şəkildə təmin edilib.

Məlumata əsasən, hazırda ödəniş xidməti sektorunda fəaliyyət göstərən təşkilatlara məxsus özünəxidmət terminalları vasitəsilə 100 manatlıq yeni əsginasların maneəsiz qəbulu həyata keçirilməkdədir.

Qeyd edək ki, yenilənmiş 100 manatlıq əsginas 15 iyul 2026-cı ildən tədavülə buraxılıb.
Geri dön