Ana Sayfa > Dünya > Yanacaq qiymətləri Avropanı AYAĞA QALDIRDI - Etirazlar başladı

Yanacaq qiymətləri Avropanı AYAĞA QALDIRDI - Etirazlar başladı


25-09-2026, 23:00. Yazar: vasif
Yanacaq qiymətləri Avropanı AYAĞA QALDIRDI - Etirazlar başladı


Portuqaliya və Fransada yanacağın kəskin bahalaşmasına qarşı genişmiqyaslı etiraz aksiyaları keçirilir.

aia.az xəbər verir ki, Portuqaliyada xüsusilə dizel yanacağının qiymətinin artmasına etiraz olaraq yüzlərlə yük maşını yollara çıxarılıb.

Aksiyada tikinti, infrastrukturun yenidən qurulması (yerüstü və yeraltı işlər) və tikinti materiallarının daşınması ilə məşğul olan şirkətlərin nümayəndələri fəal iştirak edirlər.

Nəqliyyat və daşıma sektoru təmsilçiləri yanacaq qiymətlərinin kəskin artmasının onların fəaliyyətinə ciddi zərbə vurduğunu və hökumətin təcili tədbirlər görməli olduğunu bildirirlər.
Geri dön