Ana Sayfa > Şou-biznes > Serdar Ortaç vəsiyyətini açıqladı

Serdar Ortaç vəsiyyətini açıqladı


Bu gün, 16:00. Yazar: Subhan
Serdar Ortaç vəsiyyətini açıqladı

Türkiyəli müğənni Serdar Ortaç vəsiyyətnaməsini hazırladığını və əmlakının kimə qalacağını müəyyənləşdirdiyini açıqlayıb. Müğənni illər əvvəl vəfat edən qardaşının övladları arasında əmlakının bölüşdürüləcəyini bildirib.

aia.az xəbər verir ki, Serdar Ortaç Kadir İnanırın sağlığında mirasını bölüşdürməsini nümunə göstərərək, özünün də eyni addımı atdığını deyib.

Müğənni uzun illərdir onunla çalışan şəxslərin də vəsiyyətnamədə yer aldığını qeyd edib.

Serdar Ortaç daha əvvəl də bu mövzuda danışaraq, "Övladım yoxdur. Ona görə əmlakımı işçilərimə verəcəyəm. Onsuz da bir ev var. Onu da öz aralarında böləcəklər," demişdi.

Vəsiyyət açıqlamasından sonra müğənninin İstanbulun İstinye bölgəsində yerləşən Boğaz mənzərəli evi də yenidən gündəmə gəlib. Sənətçinin 2016-cı ildə 15 milyon lirəyə aldığı bu evin dəyərinin hazırda təxminən beş dəfə artdığı bildirilir. 750 kvadratmetrlik ərazidə yerləşən ev 8 otaq, 4 salon və 4 hamamdan ibarətdir. Xüsusi dizayna malik evdə terraslar, balkonlar, kamera sistemi və yaşıllıq sahəsi də var.

aia.az
Geri dön