Ana Sayfa > Siyasət > Pakistan:
Pakistan:Bu gün, 11:57. Yazar: Subhan |
![]() "Pakistan regional sülh və bağlantıların dayanıqlı iqtisadi inkişaf üçün əsas amillərdən olduğunu bildirir". aia.az xəbər verir ki, bunu Pakistanın Federal Kommunikasiyalar naziri Aleem Khan Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində çıxışı zamanı deyib. O bildirib ki, Pakistan münaqişələrdən təsirlənən tərəflər arasında gərginliyin azaldılması və institusional sabitliyin bərpası məqsədilə dialoq üçün konstruktiv və neytral diplomatik platforma kimi çıxış edir. Nazirin sözlərinə görə, dayanıqlı iqtisadi və ticarət əlaqələrinin qurulması fəal diplomatik əməkdaşlıq, dialoq və regional sülh olmadan mümkün deyil. Aleem Khan qeyd edib ki, Pakistan regional quru nəqliyyat dəhlizləri ilə müxtəlif infrastruktur şəbəkələrini əlaqələndirməklə əməkdaşlığı və dayanıqlılığı gücləndirir. O bildirib ki, Azərbaycan Şərq-Qərb istiqamətində Orta Dəhliz vasitəsilə bağlantıları gücləndirir, Pakistan isə dəniz limanları ilə bu şəbəkəyə qoşularaq açıq dənizlərə çıxışı təmin edən Şimal-Cənub istiqamətində mühüm bağlantı yaradır: “Cənubi Asiya və Cənubi Qafqazın ticarət, sabitlik və regional bağlantı şəbəkələrinin birləşdirilməsi iqtisadi imkanların, sülhün və xalqlar üçün ümumi rifahın genişlənməsinə şərait yarada bilər”. aia.az Geri dön |