Ana Sayfa > Özəl > Fransa Səudiyyə Ərəbistanına qoşun və HHM sistemləri göndərir: Makron səbəbini açıqladı
Fransa Səudiyyə Ərəbistanına qoşun və HHM sistemləri göndərir: Makron səbəbini açıqladıBu gün, 19:19. Yazar: vasif |
![]() Fransa Səudiyyə Ərəbistanının Yanbu şəhərindəki enerji infrastrukturunun müdafiəsini gücləndirmək məqsədilə ölkəyə hərbi qüvvə və texnika yerləşdirməyi planlaşdırır. Fransa Prezidenti Emmanuel Makron bildirib ki, məsələ ilə bağlı Ər-Riyadla razılıq əldə olunub. Razılaşmaya əsasən, Yanbudakı strateji obyektlərin qorunması üçün fransız hərbçiləri ilə yanaşı radar və hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi nəzərdə tutulur. Makron xüsusi olaraq vurğulayıb ki, bu addım Fransanın hər hansı münaqişəyə birbaşa qoşulması anlamına gəlmir. Paris missiyanı enerji infrastrukturunun müdafiəsinin gücləndirilməsi kimi təqdim edir. Qərar regionda enerji obyektlərinə hücum təhlükəsinin artdığı bir vaxtda gündəmə gəlib. Yəməndəki “Ənsar Allah” (Husi) hərəkatı sentyabrın 19-da Səudiyyə Ərəbistanındakı bir sıra hədəflərə, o cümlədən Yanbuya ballistik və qanadlı raketlər, həmçinin pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini iddia etmişdi. Beləliklə, Fransa hərbi qüvvə, radar və HHM vasitələri ilə Səudiyyə Ərəbistanının strateji enerji infrastrukturunun müdafiəsinə dəstək verməyə hazırlaşır. Geri dön |