Ana Sayfa > Özəl > SEPAH-dan ABŞ ordusu ilə bağlı iddia: “İordaniyaya çəkilmək də onları qorumadı”
SEPAH-dan ABŞ ordusu ilə bağlı iddia: “İordaniyaya çəkilmək də onları qorumadı”Bu gün, 19:00. Yazar: vasif |
![]() İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat xidməti ABŞ qüvvələrinin regiondakı hərbi mövcudluğu ilə bağlı diqqətçəkən iddialar irəli sürüb. Qurumun bəyanatında CENTCOM qüvvələrinin itkilər verdiyi və mövqelərini dəyişməyə məcbur olduğu bildirilib. SEPAH iddia edir ki, ABŞ hərbi qüvvələrinin bir hissəsinin İordaniyaya yerləşdirilməsi də onları mümkün hücumlardan qoruya bilməyib və bu ölkədəki bazalar da zərbələrə məruz qalıb. Bəyanatda İran qüvvələrinin hərbi bazalar, uçuş-enmə zolaqları, anqarlar, hava vasitələri və dənizdəki hədəflərə qarşı ardıcıl əməliyyatlar həyata keçirdiyi irəli sürülüb. SEPAH həmçinin ABŞ-nin regiondakı qüvvə və hərbi texnikasının sayını artırmasının daha çox potensial hədəf yaratdığını iddia edərək Vaşinqtonun “minimum iştirak” taktikasına keçməyə məcbur olduğunu bildirib. Bununla belə, SEPAH-ın ABŞ qüvvələrinə vurulduğunu bildirdiyi itkilərin miqyası və bəyanatda sadalanan bir sıra hərbi nəticələr barədə təqdim olunan məlumatda müstəqil təsdiq yoxdur. Buna görə açıqlamalar İran tərəfinin iddiaları kimi qiymətləndirilməlidir. Geri dön |