Ana Sayfa > Özəl > Makrondan Ukraynanın Rusiya zərbələri ilə bağlı diqqətçəkən açıqlama: “Problemi ağırlaşdırır”

Makrondan Ukraynanın Rusiya zərbələri ilə bağlı diqqətçəkən açıqlama: “Problemi ağırlaşdırır”


Bu gün, 18:39. Yazar: vasif
Makrondan Ukraynanın Rusiya zərbələri ilə bağlı diqqətçəkən açıqlama: “Problemi ağırlaşdırır”




Fransa Prezidenti Emmanuel Makron Ukraynanın Rusiyadakı neft emalı zavodlarına hücumlarının Avropanın yanacaq bazarındakı vəziyyətə əlavə təzyiq göstərdiyini bildirib.

Makron Fransa televiziyalarına müsahibəsində Avropada yanacaq çatışmazlığının əsas səbəbi kimi Hörmüz boğazındakı vəziyyət fonunda Yaxın Şərqdən tədarükün azalmasını göstərib.

“Bu, faktdır. Avropanın yanacaq çatışmazlığının əsas səbəbi Hörmüz boğazının blokadası nəticəsində Yaxın Şərqdən tədarükün kəsilməsidir. Ukraynanın Rusiyaya hücumları isə problemi daha da ağırlaşdırır”, – Fransa Prezidenti bildirib.

Məlumata görə, Avropada dizelin orta qiyməti litrə 2,23 avroya yüksəlib. Almaniya, İtaliya və Fransa da daxil olmaqla bir sıra Aİ ölkələrində yanacaq qiymətlərinin rekord səviyyələrə çatdığı bildirilir.

Makronun açıqlaması Ukraynanın Rusiya enerji infrastrukturuna zərbələrinin yalnız hərbi deyil, Avropanın enerji bazarı baxımından mümkün iqtisadi nəticələrinin də müzakirə olunduğunu göstərir.
Geri dön