Ana Sayfa > Özəl > Aİ-dən Ermənistana böyük ticarət güzəşti: Malların 80 faizinə yeni imkan
Aİ-dən Ermənistana böyük ticarət güzəşti: Malların 80 faizinə yeni imkanDünən, 23:44. Yazar: vasif |
![]() Avropa İttifaqı Şurası Ermənistan mallarına güzəştli ticarət rejiminin tətbiqini təsdiqləyib. Yeni mexanizm çərçivəsində geniş məhsul kateqoriyaları üzrə rüsumların dayandırılması hesabına Ermənistan ixracının təxminən 80 faizinin liberallaşdırılması nəzərdə tutulur. Ermənistan tərəfinin açıqlamasına görə, muxtar ticarət tədbirləri ölkə məhsullarının Aİ bazarına çıxışını genişləndirməli, xarici ticarətin şaxələndirilməsinə və Ermənistan-Aİ iqtisadi əlaqələrinin dərinləşdirilməsinə şərait yaratmalıdır. Güzəştli rejimin iki il müddətində qüvvədə olması nəzərdə tutulur. Qərar Avropa Parlamenti və Aİ Şurasının prezidentləri tərəfindən imzalandıqdan sonra İttifaqın Rəsmi Jurnalında dərc ediləcək və bundan bir gün sonra qüvvəyə minəcək. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan qərarı alqışlayaraq Aİ üzv dövlətlərinə təşəkkür edib. O, bunu Ermənistan-Aİ tərəfdaşlığının inkişafında növbəti mühüm mərhələ kimi qiymətləndirib. Yeni ticarət rejimi İrəvanın Avropa bazarına çıxış imkanlarını genişləndirə bilər. Praktiki nəticələr isə Ermənistan istehsalçılarının güzəştlərdən hansı həcmdə istifadə edə bilməsindən və Aİ bazarındakı rəqabət qabiliyyətindən asılı olacaq. Geri dön |