Ana Sayfa > Özəl > Abbasdan Trampa açıq çağırış: “Verdiyiniz vədləri yerinə yetirin”

Abbasdan Trampa açıq çağırış: “Verdiyiniz vədləri yerinə yetirin”


Bu gün, 22:00. Yazar: vasif
Abbasdan Trampa açıq çağırış: “Verdiyiniz vədləri yerinə yetirin”



Fələstin lideri Mahmud Abbas ABŞ Prezidenti Donald Trampa müraciət edərək Fələstin ərazilərinin ilhaqının və fələstinlilərin məcburi köçürülməsinin qarşısının alınması ilə bağlı verdiyi öhdəliklərə əməl etməyə çağırıb.
Abbas Trampın ötən ilin sentyabrında ərəb və İslam ölkələrinin liderləri ilə görüşləri zamanı səsləndirdiyi mövqeyi xatırladıb.
“Trampı Fələstin torpaqlarının ilhaqının qarşısının alınması və məcburi köçürülmənin rədd edilməsi ilə bağlı öhdəliklərini yerinə yetirməyə çağırırıq”, – deyə Fələstin lideri bildirib.
Çağırış İsrailin Qərb Şəriyəsində məskunlaşma siyasəti və mümkün ilhaq addımları ətrafında müzakirələrin davam etdiyi bir vaxtda səslənib. Fələstin rəhbərliyi ərazilərin ilhaqına və əhalinin məcburi köçürülməsinə yönəlmiş istənilən təşəbbüsü qəbul etmədiyini bildirir.
Avqust ayında bir sıra ərəb və İslam ölkələrinin xarici işlər nazirləri də İsrailin “E1” məskunlaşma planına etiraz edərək bunun Fələstin ərazilərinin coğrafi bütövlüyünə mənfi təsir göstərə biləcəyini bəyan etmişdilər.
Geri dön