Ana Sayfa > Siyasət > Azərbaycanın Dağ-Mədən və Metallurgiya Sənayesində Yeni Mərhələ
Azərbaycanın Dağ-Mədən və Metallurgiya Sənayesində Yeni MərhələBu gün, 17:40. Yazar: azer |
![]() Müasir qlobal iqtisadi çağırışlar fonunda Azərbaycanın inkişaf strategiyası xammal ixracatçısı mövqeyindən sənaye və istehsalat mərkəzinə çevrilməyə doğru inamla irəliləyir. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə də məhz bu uzaqgörən siyasətin təzahürüdür. Dövlət başçısının çıxışında səsləndirdiyi fundamental tezislər ölkənin gələcək sənaye potensialının konturlarını cızmaqla yanaşı, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımların miqyasını da ortaya qoyur. Xüsusilə vurğulamaq lazımdır ki, son vaxtlar qəbul olunmuş dövlət proqramları sadəcə konseptual sənədlər deyil, ölkə iqtisadiyyatını əhəmiyyətli dərəcədə gücləndirəcək, dayanıqlılığı təmin edəcək və minlərlə yeni iş yerinin açılmasına xidmət edəcək real fəaliyyət xəritələridir. Neft-qaz sektorundan asılılığın azaldılması və qeyri-neft sənayesinin stimullaşdırılması bu proqramların, eləcə də iqtisadi siyasətimizin nüvəsini təşkil edir. İqtisadi dividendlərin ən mühüm missiyası isə cəmiyyətin rifahına xidmət etməsidir. Təsadüfi deyil ki, sənayeləşmə və makroiqtisadi göstəricilərin artımı fonunda ölkəmizdə sosial infrastrukturla bağlı layihələr də uğurla icra edilir. Yeni məktəblərin, müasir tibb mərkəzlərinin tikintisi, yol-nəqliyyat şəbəkəsinin yenilənməsi məhz artan iqtisadi qüdrətin vətəndaşların gündəlik həyatına müsbət təsirinin əyani sübutudur və sənaye ocaqları yerləşdikləri regionlarda sinxron inkişafı təmin edir. Digər tərəfdən, ölkənin iqtisadi xəritəsində xüsusi strateji çəkiyə malik olan Naxçıvan Muxtar Respublikasının yeraltı sərvətlərinin tam iqtisadi dövriyyəyə cəlb edilməsi qarşıda duran ən prioritet məsələlərdəndir. Bu məqsədlə gələn ildən etibarən bölgədə genişmiqyaslı geoloji kəşfiyyat işlərinə başlanılacaq ki, bu addım Naxçıvanın sənaye potensialının yenidən kəşf olunmasına, həmçinin yerli əhalinin məşğulluğunda inqilabi dəyişikliklərin yaranmasına gətirib çıxaracaq. Bütün bu inkişaf tendensiyalarının fonunda müəssisələrin klasterləşdirilməsi ən effektiv iqtisadi model kimi çıxış edir. Bu baxımdan Qərb Sənaye Parkının yaradılması xüsusi əhəmiyyət kəsb edir ki, onun da əsas məqsədi məhz dağ-mədən sənayesinin inkişafını sürətləndirmək, xammal bazası ilə emal müəssisələri arasında qırılmaz istehsalat zənciri yaratmaqdır. Bu sənaye parkına cəlb olunacaq müasir texnologiyalar və investisiyalar metallurgiya sənayesinin tamamilə yeni, ekoloji təmiz və rentabelli müstəviyə keçidini təmin edəcək. Yekun olaraq, 2027-2030-cu illəri hədəfləyən bu proqram Azərbaycanın gələcək iqtisadi mənzərəsini formalaşdırmaqla yanaşı, təbii resurslarımızın daxili istehsal gücünə çevrilməsi prosesini sürətləndirərək ölkəmizi regionun ən qüdrətli metallurgiya mərkəzinə çevirəcəkdir. Tutu Kamal qızı YAP Zəngilan rayon təşkilatının sədr müavini Geri dön |