Ana Sayfa > Karusel / Gündəm > İşdən çıxarılan icra başçısı kimdir? -

İşdən çıxarılan icra başçısı kimdir? -


Bu gün, 16:33. Yazar: Subhan
İşdən çıxarılan icra başçısı kimdir? -

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

aia.az-ın məlumatına görə, 43 yaşlı Ovni Muradov Babək rayon Nehrəm kəndində anadan olub. 2004-cü ildə Naxçıvan Dövlət Unversitetinin tarix ixtisasını bitirib.

2002-ci ildə əmək fəaliyyətinə Babək rayon Nehrəm kənd 2 nömrəli tam orta məktəbinə müəllim vəzifəsinə təyin olunaraq başlayıb. 2014-cü ildə Babək rayon Nehrəm kənd 2 saylı tam orta məktəbində direktor vəzifəsində çalışıb.

2016-2018-ci illərdə Babək rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləyib. 2018-ci ildə Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini vəzifəsində çalışıb.

2023-cü il sentyabr ayının 12-dən 2023-cü il oktyabr aynın 16-nadək Naxçıvan Muxtar Respublikası təhsil nazirinin vəzifələrini müvəqqəti icra etmək ona həvalə edilib.

2024-cü ilin aprel ayında Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdi.

aia.az
Geri dön