Ana Sayfa > Cəmiyyət > Azərbaycanda dəhşətli qəza: avtobus aşdı, 10 nəfər yaralandı

Azərbaycanda dəhşətli qəza: avtobus aşdı, 10 nəfər yaralandı


13-04-2017, 17:31. Yazar: admin
Azərbaycanda dəhşətli qəza: avtobus aşdı, 10 nəfər yaralandı







Quba rayonu ərazisində sərnişin avtobusu aşıb.

Bu barədə Trend-ə Quba rayon Mərkəzi xəstəxanasından məlumat verilib.

Məlumata görə, hadisə nəticəsində avtobusda olan sərnişinlərdən 10 nəfər xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan 7 nəfərinə ilkin tibbi yardım göstərilərək ambulator müayinəyə buraxılsa da, 3 nəfərin vəziyyəti orta-ağır olduğundan onlar xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, hadisə Bakı-Quba yolunun 173-cü km-də, Quba-Atuc istiqamətində baş verib.

Quba rayon sakini Ramin Məmmədovun idarə etdiyi "Mercedes” markalı mikroavtobus yoldan çıxaraq aşıb


aia.az
Geri dön