Ana Sayfa > Özəl > İrəvandan Türkiyə ilə bağlı diqqətçəkən mesaj: “Artıq təhlükə görmürəm”

İrəvandan Türkiyə ilə bağlı diqqətçəkən mesaj: “Artıq təhlükə görmürəm”


Bu gün, 21:14. Yazar: vasif
İrəvandan Türkiyə ilə bağlı diqqətçəkən mesaj: “Artıq təhlükə görmürəm”



Ermənistan rəsmisi Alen Simonyan Türkiyənin ölkəsinin suverenliyi üçün təhlükə yaratmadığını bildirib.

O, jurnalistlərə açıqlamasında hazırkı vəziyyəti əvvəlki dövrlərdən fərqli qiymətləndirərək, “2026-cı ildir və mən Türkiyə tərəfindən Ermənistanın suverenliyinə təhlükə görmürəm” deyə bildirib.

Simonyan bu mövqeyini Azərbaycan və Ermənistan arasında 8 avqust tarixində Vaşinqtonda əldə olunan razılaşmadan sonrakı proseslərlə əlaqələndirib. Onun sözlərinə görə, həmin tarixdən etibarən Ermənistan üçün bu istiqamətdə təhlükə müşahidə etmir.

Açıqlama Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması və regionda formalaşan yeni siyasi şərait fonunda diqqət çəkir.
Geri dön