Ana Sayfa > Siyasət > Dövlət hər zaman öz əsgərinin yanındadır!

Dövlət hər zaman öz əsgərinin yanındadır!


Bu gün, 13:50. Yazar: azer
Dövlət hər zaman öz əsgərinin yanındadır!

Azərbaycan əsgəri Vətənin keşiyində dayanarkən heç vaxt tək deyil.Onun arxasında doğma ailəsi,xalqı və ən əsası,güclü Azərbaycan dövləti dayanır.Dövlətimiz öz əsgərini yalnız döyüş meydanında deyil, onun bütün xidmət yolu boyunca diqqətdə saxlayır,onun əməyini qiymətləndirir,sosial rifahını və xidmət şəraitini daim diqqət mərkəzində tutur.Bu gün əminliklə deyə bilərik: dövlət hər zaman öz əsgərinin yanındadır.Bu,sadəcə ifadə deyil,Azərbaycan dövlətinin orduya münasibətinin əsas prinsiplərindən biridir.Bu dövlət siyasətinin formalaşmasında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin xüsusi xidmətləri vardır.Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun gücləndirilməsi,müasir silah və texnika ilə təmin olunması,hərbi infrastrukturun yenilənməsi və hərbi qulluqçuların xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib.Ali Baş Komandanımızın Azərbaycan əsgərinə münasibətində diqqət, qayğı və yüksək etimad xüsusi yer tutur.Onun hərbi hissələrə səfərləri, əsgər və zabitlərlə görüşləri,onların xidmət şəraiti ilə maraqlanması bir daha göstərir ki, dövlət öz müdafiəçisini diqqətdən kənarda qoymur.Azərbaycan əsgəri bilir ki,Vətənin müdafiəsi kimi müqəddəs vəzifəni yerinə yetirərkən dövlət onun yanındadır.Onun xidmət etdiyi hər gün dövlətin diqqətindədir.Əsgərin rahat və təhlükəsiz xidmət etməsi, müasir şəraitdə fəaliyyət göstərməsi,peşəkarlığının artırılması və sosial təminatının gücləndirilməsi dövlətimizin ordu siyasətinin mühüm istiqamətlərindəndir.Bu münasibət Azərbaycan əsgərinə böyük mənəvi güc verir. Vətəni qoruyan əsgər bilməlidir ki,onun zəhməti görülür,fədakarlığı qiymətləndirilir və onun arxasında güclü dövlət dayanır.

Azərbaycan Ordusunun keçdiyi şərəfli yol bunun ən böyük göstəricisidir.Torpaqlarımızın ərazi bütövlüyünün və suverenliyinin bərpası Azərbaycan əsgərinin qəhrəmanlığını və dövlətimizin gücünü bütün dünyaya nümayiş etdirdi.Bu tarixi Zəfərin arxasında Azərbaycan xalqının birliyi, ordumuzun qüdrəti və Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi dayanır.Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan dövləti öz ordusunu daim gücləndirir, əsgərimizin xidmət şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirir və onun əməyini yüksək qiymətləndirir.Azərbaycan əsgəri bu etimadı öz şərəfli xidməti ilə doğruldur.O,üçrəngli bayrağımızın dalğalandığı hər yerdə Vətənin adını və dövlətimizin şərəfini uca tutur.Bu qarşılıqlı etimad Azərbaycan-ordu-xalq birliyinin ən böyük göstəricilərindən biridir. Əsgərin arxasında bir ana duası, bir ailənin sevgisi və milyonlarla Azərbaycan vətəndaşının inamı dayanır. Bütün bunların üzərində isə güclü dövlətin himayəsi vardır.Bizim üçün Azərbaycan əsgəri sadəcə hərbi qulluqçu deyil.O,dövlətimizin təhlükəsizliyinin, xalqımızın sabahının və Vətənimizin əmin-amanlığının keşiyində dayanan Vətən övladıdır.Ona göstərilən hər bir diqqət və qayğı,Azərbaycanımızın gələcəyinə göstərilən qayğıdır.Bu gün hər bir Azərbaycan vətəndaşı əminliklə bilməlidir ki, Vətənin keşiyində dayanan əsgər heç vaxt tək deyil. Dövlət onun yanındadır, xalq onun yanındadır, Müzəffər Ali Baş Komandanımız onun yanındadır.

Məhz buna görə “Dövlət hər zaman öz əsgərinin yanındadır” fikri bizim üçün sadəcə bir şüar deyil. Bu,Azərbaycan dövlətinin öz müdafiəçisinə verdiyi dəyərin, Azərbaycan xalqının öz ordusuna göstərdiyi ehtiramın və Müzəffər Ali Baş Komandanımızın orduya olan xüsusi diqqətinin ifadəsidir.
Əsgər Vətənin keşiyində dayanırsa,dövlət də hər zaman onun arxasında möhkəm dayanır.
Bu birlik və həmrəylik Azərbaycanın ən böyük gücüdür!

Mikayıl Səlimov
“Kompleks Qazma İşləri” trestinin qazma ustası,
YAP Nərimanov rayon təşkilatının üzvü


Geri dön