Ana Sayfa > Özəl > Ərdoğandan Zelenski ilə görüşdə Qara dəniz mesajı: “Bu hücumlar qəbuledilməzdir”

Ərdoğandan Zelenski ilə görüşdə Qara dəniz mesajı: “Bu hücumlar qəbuledilməzdir”


Bu gün, 20:17. Yazar: vasif
Ərdoğandan Zelenski ilə görüşdə Qara dəniz mesajı: “Bu hücumlar qəbuledilməzdir”




Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə Qara dənizdə mülki ticarət gəmilərinin təhlükəsizliyi məsələsini gündəmə gətirib.

Türkiyə Prezident Administrasiyasının açıqlamasına görə, Ərdoğan Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi üçün təcili tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

Türkiyə lideri mülki ticarət gəmilərinə hücumların qəbuledilməz olduğunu bildirərək Rusiya və Ukrayna tərəflərini regionda hərbi gərginliyi artıracaq addımlardan çəkinməyə çağırıb.

Ankara Qara dənizdə mülki naviqasiya və ticarət yollarının təhlükəsizliyinin qorunması istiqamətində vasitəçilik səylərini davam etdirmək niyyətində olduğunu da açıqlayıb.
Geri dön