Ana Sayfa > İqtisadiyyat > Valyuta bazarında nə baş verir? -

Valyuta bazarında nə baş verir? -


Bu gün, 13:24. Yazar: vasif
Valyuta bazarında nə baş verir? -


Cari ilin ötən dövründə Azərbaycanın valyuta bazarında təklifin tələbi əhəmiyyətli dərəcədə üstələməsi və bunun həm nağd, həm də qeyri-nağd seqmentlərdə qabarıq şəkildə özünü göstərməsi iqtisadi müstəvidə əsas müzakirə mövzularından birinə çevrilib. Mərkəzi Bankın press-relizinə istinadən məlum olur ki, 2026-cı ilin 8 ayında mübadilə məntəqələri tərəfindən nağd xarici valyutanın müştərilərdən alış həcmi satışını düz 673 milyon ABŞ dolları üstələyib. Eyni zamanda, rezident fiziki şəxslərin banklardakı əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ay ərzində 3.7 faiz bəndi azalaraq 2026-cı ilin iyul ayında 25.8 faizə enib. Valyuta bazarında tələbin kəskin şəkildə azaldığı, əksinə, təklifin isə maksimum həddə çatdığı bu şəraitdə Mərkəzi Bank tərəfindən də aktiv valyuta alışları həyata keçirilib ki, nəticədə tənzimləyici qurumun valyuta ehtiyatları 32.9 faiz artaraq 15.3 milyard ABŞ dollarına yüksəlib. Bu rəqəm Mərkəzi Bankın valyuta ehtiyatları tarixində mütləq maksimum göstərici olaraq qeydə alınıb. Bütün bu reallıqlar fonunda Azərbaycanda açıq-aydın dollar bolluğunun yaranması və əhalinin əlindəki xarici valyutanı banklara satmağa üstünlük verməsi cəmiyyətdə haqlı olaraq suallar doğurur: görəsən, bu tendensiyanın arxasında dayanan əsas iqtisadi səbəblər nələrdir?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı ekspert Əkrəm Həsənov qeyd edib ki, əhalinin və iqtisadi subyektlərin kütləvi şəkildə dollar satmasının və valyuta bazarında təklifin artmasının arxasında milli valyutaya – manata olan etimadın yüksək səviyyədə qorunub saxlanılması və makroiqtisadi sabitlik dayanır: "Son illərdə ölkədə milli valyutanın məzənnəsinin sabit təmin olunması, devalvasiya gözləntilərinin tamamilə aradan qalxması və bank sektoruna inamın bərpa edilməsi əhalinin yığım davranışlarını kökündən dəyişib. İnsanlar artıq gələcəyə daha əmin baxır və xarici valyutanı təhlükəsizlik yastığı kimi saxlamağa ehtiyac duymurlar. Əksinə, manatla aparılan əməliyyatların daha sərfəli olması, milli valyutadakı əmanətlərin faiz gəlirlərinin cəlbediciliyi və daxili bazarda manata olan tələbatın yüksək olması vətəndaşları əllərindəki dolları banklara satmağa sövq edən əsas amillərdəndir".
Geri dön