Ana Sayfa > Ölkə > Bakıda 51 min manatlıq oğurluq

Bakıda 51 min manatlıq oğurluq


Bu gün, 12:00. Yazar: Subhan
Bakıda 51 min manatlıq oğurluq

Paytaxtın Nizami rayonunda şirkətlərə məxsus anbarların birindən kombi aparatları oğurlanıb.

aia.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 4 nəfər- R.Tərlanlı, K.Əsgərov, A.Abışov və N.Əhmədov saxlanılıblar.

Araşdırmalarla məlum olub ki, onlar dəyəri 51000 manat olan 48 ədəd kombi aparatını talayıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

aia.az
Geri dön