Ana Sayfa > Karusel / Dünya > "Biz heç vaxt başımızı əyməyəcəyik" -

"Biz heç vaxt başımızı əyməyəcəyik" -


Bu gün, 09:10. Yazar: Subhan
"Biz heç vaxt başımızı əyməyəcəyik" -

İran Prezidenti Məsud Pezeşkian ölkəsinə qarşı tətbiq edilən sanksiyaların əsas zərbəsinin əhalinin həssas təbəqələrinə dəydiyini bildirib.

aia.az xəbər verir ki, o, bunu BMT-nin Baş Assambleyasının 81-ci sessiyasında Yüksəksəviyyəli Müzakirələr zamanı çıxışında deyib.

“İran sanksiyalara məruz qalır. Xəstələr, günahsız insanlar, yoxsullar və cəmiyyətimizin ən həssas təbəqələri bu sanksiyaların hədəfinə çevrilirlər”, – deyə İran Prezidenti vurğulayıb.

Pezeşkianın sözlərinə görə, sülh və sabitlik üçün bütün ölkələrə münasibətdə eyni standart tətbiq edilməlidir: “İran xüsusi münasibət istəmir. Biz bərabər hüquqlar istəyirik və bununla yanaşı, üzərimizə düşən məsuliyyəti də qəbul edirik”.

İran Prezidenti əlavə edib ki, sanksiyaların və təzyiqlərin artırılması ölkəsinin mövqeyini dəyişməyəcək: “Sanksiyalar, artan təzyiq və güc dili qarşısında İran xalqının müqaviməti yalnız artacaq. Biz heç vaxt başımızı əyməyəcəyik”.

aia.az
Geri dön