Ana Sayfa > Karusel / İqtisadiyyat > SOCAR-ın prezidenti “Karpowership” şirkətinin İdarə Heyətinin sədri ilə görüşüb

SOCAR-ın prezidenti “Karpowership” şirkətinin İdarə Heyətinin sədri ilə görüşüb


Bu gün, 18:52. Yazar: azer
SOCAR-ın prezidenti “Karpowership” şirkətinin İdarə Heyətinin sədri ilə görüşüb

23 sentyabr 2026-cı il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf Türkiyənin “Karpowership” şirkətinin İdarə Heyətinin sədri Orhan Remzi Karadeniz ilə görüşüb.

Görüşdə qonaqlara SOCAR-ın qlobal genişlənmə strategiyası, müxtəlif ölkələrdə həyata keçirdiyi layihələr barədə məlumat verilib. Beynəlxalq fəaliyyət coğrafiyasını genişləndirən SOCAR-ın enerji dəyər zəncirinin müxtəlif istiqamətləri üzrə strateji tərəfdaşlıqlar qurmağa və investisiya portfelini şaxələndirməyə xüsusi önəm verdiyi qeyd olunub.
Söhbət zamanı SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları, o cümlədən elektrik enerjisi istehsalı, enerji infrastrukturu, yeni enerji həlləri və qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə mümkün əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.


Geri dön