Ana Sayfa > Dünya > Azərbaycana casusluqda ittiham edilən erməni konsulun - İşinə yenidən baxılacaq

Azərbaycana casusluqda ittiham edilən erməni konsulun - İşinə yenidən baxılacaq


Bu gün, 17:58. Yazar: vasif
Azərbaycana casusluqda ittiham edilən erməni konsulun - İşinə yenidən baxılacaq


Azərbaycanın xeyrinə dövlətə xəyanətdə ittiham olunan Ermənistanın Avstriyadakı keçmiş konsulu Aşxen Aleksanyan barəsində açılmış cinayət işi yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilib.

“aia.az” TASS-a istinadən xəbər verir ki, Ermənistanın Apellyasiya Cinayət Məhkəməsi prokurorluğun bununla bağlı vəsatətini təmin edib.

Ermənistan Baş Prokurorluğunun məlumatında bildirilir ki, Cinayət Apellyasiya Məhkəməsi 22 sentyabr 2026-cı il tarixli qərarı ilə prokurorun apellyasiya şikayətini təmin edib: “Cinayət işi yenidən araşdırılması üçün səlahiyyətli birinci instansiya məhkəməsinə göndərildi”.

Qeyd edək ki, Aleksanyan 23 aprel 2026-cı ildə bu maddə üzrə bəraət alıb və məhkəmə tərəfindən səlahiyyətlərindən sui-istifadə maddəsi ilə iki il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Xatırladaq ki, Ermənistanın Avstriyadakı keçmiş konsulu olan Aşxen Aleksanyan 29 avqust 2025-ci ildə ölkəsinə qayıdarkən saxlanılıb. O, Azərbaycana casusluqda ittiham edilib. Ermənistan mətbuatının iddiasına görə, Aleksanyan azərbaycanlı şəxslə “sevgili” olub.
Geri dön