Ana Sayfa > Dünya > Hörmüz boğazından keçən gəmi vurulub

Hörmüz boğazından keçən gəmi vurulub


Bu gün, 16:25. Yazar: Subhan
Hörmüz boğazından keçən gəmi vurulub

Hörmüz boğazından keçən tanker naməlum obyekt tərəfindən vurulub.

aia.az xəbər verir ki, bu barədə Birləşmiş Krallıq Dəniz Ticarəti Əməliyyatları (UKMTO) təşkilatı məlumat yayıb.

Bildirilib ki, karqo gəmisinə hücumdan sonra yanğın başlayıb.

Nəticədə iki nəfər xəsarət alıb, gəmi heyəti təxliyə edilib.

Ətraf mühit üçün təhlükə yarada biləcək vəziyyət aşkar edilməyib.

aia.az
Geri dön