Ana Sayfa > Özəl > Şaraadan prezidentliklə bağlı gözlənilməz açıqlama: “Normal həyatıma qayıtmaq istəyirəm”

Şaraadan prezidentliklə bağlı gözlənilməz açıqlama: “Normal həyatıma qayıtmaq istəyirəm”


Bu gün, 21:41. Yazar: vasif
Şaraadan prezidentliklə bağlı gözlənilməz açıqlama: “Normal həyatıma qayıtmaq istəyirəm”




Suriya Prezidenti Əhməd əş-Şaraa ölkənin böhrandan çıxaraq təhlükəsiz və sabit mərhələyə çatacağı təqdirdə siyasətdən getməyə hazır olduğunu bildirib.

Şaraa Nyu-Yorkda “Atlantic Council”un tədbirində çıxışı zamanı hazırda növbəti prezident seçkilərində namizədliyini irəli sürmək barədə düşünmədiyini deyib. O, mövcud səlahiyyət müddətinin başa çatmasına hələ üç il qaldığını xatırladıb.

Suriya lideri hakimiyyətdə olmağın son dərəcə yorucu olduğunu etiraf edərək imkan yaranacağı halda normal həyatına qayıtmağa üstünlük verəcəyini söyləyib.

Bununla belə, Şaraa siyasətdən gedəcəyinə dair qəti qərar vermədiyini də vurğulayıb. Onun sözlərinə görə, yekun seçim Suriyanın həmin dövrdəki vəziyyətindən asılı olacaq: “Əgər postumda qalmağımın Suriya üçün zəruri olduğunu görsəm, bunu açıq şəkildə bəyan edəcəyəm”.

Beləliklə, açıqlama Şaraanın yaxın zamanda hakimiyyətdən getməsi barədə qərar deyil. O, ölkədə sabitlik təmin olunacağı halda növbəti seçkidə iştirak etməmək ehtimalını gündəmə gətirib.
Geri dön