Ana Sayfa > Özəl > “Tesla”nı günəşlə şarj etdi: Gündə 32 kilometr pulsuz yürüş

“Tesla”nı günəşlə şarj etdi: Gündə 32 kilometr pulsuz yürüş


Bu gün, 20:42. Yazar: vasif
“Tesla”nı günəşlə şarj etdi: Gündə 32 kilometr pulsuz yürüş




“Tesla Model Y” sahibi Omid Sadeghpour elektromobilinin yürüş məsafəsini artırmaq üçün maraqlı həll hazırlayıb. O, avtomobilin üzərinə açılıb-bağlanan günəş panelləri sistemi quraşdırıb.

Təxminən iki il ərzində hazırlanan qurğu avtomobil park edildikdə açılır və günəş enerjisini elektrik enerjisinə çevirərək batareyanın doldurulmasına kömək edir.

İlk prototip hər biri 175 vatt gücə malik 9 elastik günəş panelindən ibarətdir. Müəllifin açıqladığı göstəricilərə görə, əlverişli günəşli hava şəraitində sistem gündə təxminən 6 kVt/saat enerji toplayaraq “Model Y”nin yürüş məsafəsinə 32 kilometrədək əlavə edə bilər.

İdeya sonradan “DartSolar” adlı şirkətə çevrilib. Şirkət artıq müxtəlif elektromobillərə uyğunlaşdırıla bilən qatlanan günəş paneli sistemləri üzərində işləyir.

Sistemin əsas üstünlüklərindən biri onun portativ olmasıdır: panellərin təxminən 10 saniyə ərzində açılıb-bağlana bildiyi qeyd olunur. Faktiki enerji istehsalı və əlavə yürüş məsafəsi isə günəşlənmə, hava şəraiti və avtomobilin enerji sərfiyyatından asılı olaraq dəyişə bilər.
Geri dön