Ana Sayfa > Özəl > 14 israilli sərhədi keçərək Suriyaya girdi: Ordu geri qaytardı
14 israilli sərhədi keçərək Suriyaya girdi: Ordu geri qaytardıBu gün, 20:22. Yazar: vasif |
![]() İsrail Müdafiə Qüvvələri sərhədi keçərək Suriya ərazisinə daxil olan 14 İsrail vətəndaşının saxlanıldığını açıqlayıb. Ordunun məlumatına görə, həmin şəxslər Qolan təpələrindəki Alonei HaBaşan yaşayış məntəqəsinə gələrək sərhədi keçiblər. Hadisədən sonra əraziyə hərbçilər göndərilib və 14 nəfər tapılaraq İsrail tərəfinə qaytarılıb. Saxlanılan şəxslər hadisənin araşdırılması üçün İsrail polisinə təhvil verilib. İsrail ordusu belə halların bölgədə hərbi tapşırıqların icrasına mane olduğunu və hərbçilərin təhlükəsizliyinə risk yaratdığını bildirib. Hadisənin hansı məqsədlə baş verdiyi barədə məlumat verilməyib. İsrail hüquq-mühafizə orqanlarının araşdırması davam edir. Geri dön |