Ana Sayfa > Karusel / İdman > Xankəndiyə futbol qayıdır

Xankəndiyə futbol qayıdır


Bu gün, 11:50. Yazar: Subhan
Xankəndiyə futbol qayıdır

“Xankəndi” bu ildən etibarən ev oyunlarını Xankəndi şəhərində keçirməyə hazırlaşır.

aia.az xəbər verir ki, hazırda Xankəndi şəhər stadionunda təmir işləri davam etdirilir.

Klubun yaydığı məlumata görə, işlərin sentyabrın sonunadək başa çatdırılması planlaşdırılır. Bundan sonra stadionun rəsmi açılış mərasiminin keçirilməsi nəzərdə tutulur.

İlk ev oyununun tarixi isə rəsmi açılışın qrafikinə uyğun olaraq müəyyənləşdiriləcək.

Beləliklə, klubun təxminən bir ay sonra doğma şəhərində ilk ev oyununa çıxacağı gözlənilir.

aia.az
Geri dön