Ana Sayfa > Şou-biznes > Aynur Dadaşovanın səhhətində problem yarandı:
Aynur Dadaşovanın səhhətində problem yarandı:Bu gün, 10:20. Yazar: Subhan |
![]() Müğənni Aynur Dadaşova səhhəti ilə bağlı mütəmadi tibbi müayinələrdən keçdiyini açıqlayıb. aia.az xəbər verir ki, sənətçi bu barədə "Xəzər axşamı" verilişində danışıb. O, hər üç aydan bir həkim müayinəsində olduğunu və müəyyən səbəblərdən daim nəzarətdə saxlanıldığını bildirib. Aynur Dadaşova vaxtında müayinə olunmağın vacibliyini vurğulayıb. Sənətçi bir müddət əvvəl əməliyyat olunmaq ehtimalının yarandığını, lakin həkimlərin təyin etdiyi müalicə nəticəsində buna ehtiyac qalmadığını deyib. "Üç aydan bir həkimlərdən, müayinələrdən keçirəm. Müəyyən səbəblər var, həkim nəzarətindəyəm. Vaxtında hər şeyi bilmək çox gözəldir. Gecikəndən sonra peşmanlıq olur", - deyə müğənni qeyd edib. Aynur Dadaşova insanlara səhhətlərinə diqqət yetirməyi və mütəmadi olaraq həkim müayinəsindən keçməyi tövsiyə edib. aia.az Geri dön |