Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan qazının Bolqarıstana tədarükü genişləndirilə bilər
Azərbaycan qazının Bolqarıstana tədarükü genişləndirilə bilərBu gün, 09:38. Yazar: Subhan |
![]() Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Bolqarıstanın xarici işlər naziri Velislava Petrova ilə görüşüb. aia.az XİN-ə istinadən xəbər verir ki, tərəflər strateji tərəfdaşlıq gündəliyini, o cümlədən, siyasi dialoq, enerji əməkdaşlığı, Azərbaycan qazının Bolqarıstana tədarükünün genişləndirilməsi, bərpaolunan enerji layihələri, həmçinin Orta Dəhliz vasitəsilə nəqliyyat və bağlantı məsələlərini müzakirə ediblər. Nazirlər, eləcə də Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı və regional proseslər barədə fikir mübadiləsi aparıblar. aia.az Geri dön |