Ana Sayfa > İdman > Millimiz Tacikistanla qarşılaşacaq

Millimiz Tacikistanla qarşılaşacaq


Bu gün, 09:20. Yazar: Subhan
Millimiz Tacikistanla qarşılaşacaq

Futbol üzrə Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək.

aia.az-ın məlumatına görə, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Tacikistan seçməsi ilə üz-üzə gələcək.

Qarşılaşma 8-ci km qəsəbə stadionunda, saat 20:00-da start götürəcək.

Görüşü Moldovadan olan FIFA referisi Roman Jitar idarə edəcək.

Xatırladaq ki, Azərbaycan millisi növbəti üç oyununu UEFA Millətlər Liqasında keçirəcək. Komanda sentyabrın 27-də səfərdə Litva, oktyabrın 1-də Bakıda Lixtenşteyn, oktyabrın 4-də Bakıda Litva ilə qarşılaşacaq.

aia.az
Geri dön