Ana Sayfa > Özəl > Rusiyada ticarət kompleksində faciə: Üç bacı da daxil olmaqla 4 nəfər öldü
Rusiyada ticarət kompleksində faciə: Üç bacı da daxil olmaqla 4 nəfər öldüBu gün, 22:00. Yazar: vasif |
![]() Rusiyanın Başqırdıstan Respublikasının Sterlitamak şəhərində yerləşən “Solneçnıy” ticarət kompleksində güclü yanğın baş verib. Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə nəticəsində 4 nəfər həyatını itirib, daha 9 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Ölənlərdən üçünün bacı olduğu bildirilir. Xilasedicilər yanğın zamanı binadan 17 nəfəri, o cümlədən bir uşağı təxliyə ediblər. İlkin ehtimala görə, yanğına elektrik sistemində baş verən qısaqapanma səbəb ola bilər. Hadisənin dəqiq səbəbinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır. Geri dön |