Ana Sayfa > Özəl > Xameneidən xalqa müraciət: ABŞ və İsrailə qarşı “polad sipər” mesajı

Xameneidən xalqa müraciət: ABŞ və İsrailə qarşı “polad sipər” mesajı


Bu gün, 19:33. Yazar: vasif
Xameneidən xalqa müraciət: ABŞ və İsrailə qarşı “polad sipər” mesajı



İranın Ali Rəhbəri Müctəba Xamenei yeni tədris ilinin başlanması münasibətilə xalqa müraciət edərək ölkə gənclərinə və tələbələrə çağırış edib.
Xamenei müraciətində dünyada, xüsusilə ABŞ və İsraillə qarşıdurma fonunda bilik və mənəvi dəyərlərin əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, “təqva və əxlaqla birləşən bilikdən doğan güc” xarici təhdidlər qarşısında həm müdafiə vasitəsi, həm də güc mənbəyidir.
Ali Rəhbər yeni tədris ilində məktəblərə qədəm qoyan gənclərin əvvəlki nəsillərin yolunu davam etdirdiyini bildirib. O, İranın müdafiəsi uğrunda müxtəlif cəbhələrdə iştirak etmiş şəxsləri gənclərə nümunə göstərib.
Xameneinin yeni tədris ili münasibətilə müraciətində təhsil və elm çağırışları ilə yanaşı, ABŞ və İsrailə qarşı sərt siyasi-hərbi ritorika da xüsusi yer tutub.
Geri dön