Ana Sayfa > Dünya > Netanyahu Nyu-York merindən narazıdır
Netanyahu Nyu-York merindən narazıdırBu gün, 18:00. Yazar: Subhan |
![]() İsrailin Baş naziri Benyamin Netanyahu Nyu-York şəhərinin meri Zöhran Mamdanini Fələstin HƏMAS hərəkatını dəstəkləməkdə günahlandırıb. aia.az xəbər verir ki, o, bunu "X" sosial media hesabında yazıb. "Nyu-York yəhudilərinə qarşı iğtişaşlar törətdiyiniz üçün utanc hissi keçirirəm. Mən BMT- yə gedirəm. Qəhrəman əsgərlərimiz və sizin haqqınızda həqiqəti deyəcəyəm". Netanyahunun 26 sentyabrda Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı planlaşdırılır. Daha əvvəl Nyu-York şəhərinin meri Zöhran Mamdani BMT Baş Assambleyasına səfəri zamanı İsrail Baş naziri Benyamin Netanyahunun həbs olunması ehtimalını vəkillərlə müzakirə etdiyini açıqlamışdı. aia.az Geri dön |