Ana Sayfa > Manşet / Gündəm > Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir

Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir


Bu gün, 17:44. Yazar: Subhan
Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir

Sabahdan, sentyabrın 23-dən Bakıda "Formula 1"ə yarışması səbəbilə Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçəcək.

aia.az-ın "Report"a istinadən məlumatına görə, distant qaydada iş rejimi sentyabrın 28-dək davam edəcək.

Bu iş rejimi "Formula 1" trasının həmin ərazidən keçməsi ilə əlaqədardır.

Qeyd edək ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisi sentyabrın 24-26-da baş tutacaq.

aia.az
Geri dön