Ana Sayfa > Şou-biznes > Oğlunun ölüm səbəbi bəlli oldu

Oğlunun ölüm səbəbi bəlli oldu


Bu gün, 16:53. Yazar: Subhan
Oğlunun ölüm səbəbi bəlli oldu

Supermodel Sindi Kroufordun oğlu Presli Gerberin həyatını itirməsinə səbəb kimi yüksək doza narkotik vasitə qəbulu göstərilir.

aia.az xəbər verir ki, bu məlumatı öz mənbələrinə istinadən TMZ portalı yayımlayıb.

Məlumata əsasən, Gerberin meyitində zorakılıq əlamətləri aşkar edilməyib, lakin məhkəmə-tibbi ekspertiza hələ başa çatmayıb.

Bildirilir ki, Kroufordun oğlu bir neçə şəxslə birlikdə reabilitasiya mərkəzində müalicə alırdı. Baş vermiş faciədən sonra Sindi Krouford, onun həyat yoldaşı Rendi Gerber və qızı Kayya Gerber ictimaiyyətdən onları narahat etməməyi xahiş ediblər.

"Page Six" nəşri supermodelin oğlunun vəziyyəti ilə əlaqədar 911-ə (ABŞ-nin vahid təcili yardım nömrəsi) edilən zəngin səs yazısını paylaşıb. Səs yazısında "ürək dayanması" və "həddindən artıq doza" sözlərinin təkrarlandığı eşidilir.

Operatora qeyd olunan ünvan həmin vaxt Gerberin yerləşdirildiyi Kaliforniyadakı reabilitasiya mərkəzinin yeri ilə üst-üstə düşüb.

AİA.AZa
Geri dön