Ana Sayfa > Özəl > Gədəbəydə Şəhid məzarı ziyarət edilib

Gədəbəydə Şəhid məzarı ziyarət edilib


Bu gün, 16:50. Yazar: azer
Gədəbəydə Şəhid məzarı ziyarət edilib

22.09.2026-cı il tarixdə YAP Gədəbəy rayon Təşkilatının əməkdaşları, Gədəbəy rayon İHB-nın Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri, Gədəbəy rayon Cümə məscidinin imamı, eləcə də kənd sakinlərinin iştirakı ilə antiterror əməliyyatlarında vətənimizin müdafiəsi uğurunda öz canından keçən Şəhidimiz- rayonun Fərzalı kənd sakini Süleymanov Elmət Rafiq oğlunun ildönümü münasibətilə məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılıdı, məzarı üzərinə gül dəsətələri düzüldü və ruhuna dualar oxunudu.

Şəhid valideyni dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdi.

Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!


Geri dön