Ana Sayfa > İqtisadiyyat > “Rabitəbank” tələbləri pozdu
“Rabitəbank” tələbləri pozduBu gün, 14:34. Yazar: Subhan |
![]() Azərbaycan Mərkəzi Bankı (AMB) “Rabitəbank” ASC-yə icrası məcburi sərəncam verib. aia.az AMB-yə istinadən xəbər verir ki, bank “Kredit təşkilatları, ödəniş təşkilatları və elektron pul təşkilatlarında kassa əməliyyatlarının aparılması, nağd pul və digər qiymətlilərin saxlanması və inkassasiyası Qaydası”nın 3.20-ci bəndinin tələblərinə riayət etməyib. Odur ki, “Banklar haqqında” Qanunun 47.4-cü maddəsinin tələbləri rəhbər tutularaq, kredit təşkilatına qeyd olunan halların gələcəkdə təkrarlanmaması məqsədilə daxili nəzarət sistemlərinin gücləndirilməsi barədə zəruri tədbirlərin görülməsi ilə bağlı icrası məcburi sərəncam verilib. aia.az Geri dön |